• Bakı 26° C

    11.47 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

"Qarabağ"ın yeni transfer hədəfi BİLİNDİ

İDMAN

26 Avqust 2026 | 14:37

"Qarabağ"ın yeni transfer hədəfi BİLİNDİ

"Qarabağ" Polşanın "Qurnik Zabje" klubunun nigeriyalı yarımmüdafiəçisi Taofik İsmahil ilə yaxından maraqlanır.

Bakıvaxtı.az goal.pl saytına istinadən xəbər verir ki, 26 yaşlı nigeriyalı vingerin karyerasını Azərbaycanda davam etdirəcəyi gözlənilir.

"Çox güman ki, Taofik İsmahil yaxın vaxtlarda klubundan ayrılacaq. Cinah oyunçusu "Qarabağ"ın diqqət mərkəzinə düşüb və klub yaxın vaxtlarda ilk təklifə müsbət cavab verə bilər. Nigeriyalı futbolçunun klubunda vəziyyəti getdikcə mürəkkəbləşir. Baş məşqçinin onu komandasında görmək istəmədiyi açıq şəkildə hiss olunur. Buna sübut olaraq, UEFA Konfrans Liqasının "Monako" ilə pley-off görüşlərinə onun əvəzinə başqa oyunçunun dəvət edilməsi qərarını göstərmək olar", - deyə materialda bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026