• Bakı 23° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Sübhan 15 il sonra ilkə imza atdı

İDMAN

24 Sentyabr 2026 | 22:40 | Müəllif: Subhan Mahmudov

Sübhan 15 il sonra ilkə imza atdı

Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub.

Bakıvaxtı.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan millinin üzvü bu titula Bolqarıstanın paytaxtı Sofiyada yiyələnib.

Dünya çempionu və U-23 Avropa çempionatının qalibi finalda Bair Batlayevi (Rusiya) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (30:27, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb və Sofiyada Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, Sübhan Məmmədov 15 il sonra böyüklər arasında Avropa çempionu olmaqla Azərbaycan boksunun tarixinə düşüb. Sonuncu dəfə 2011-ci ildə Salman Əlizadə və Teymur Məmmədov böyüklər arasında Avropa çempionu olublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026