ABŞ dövlət katibi Marko Rubio bir neçə həmkarı ilə telefon danışığında Tramp administrasiyasının İranla bağlı hazırkı siyasətini açıqlayıb.
Bakıvaxtı.az "Axios"a istinadən xəbər verir ki, o, hazırda ABŞ tərəfindən İrana qarşı yeni hərbi zərbələrin endirilməsinin gözlənilmədiyini bildirib.
Rubio hücumlar əvəzinə, İrana təzyiqin digər vasitələrindən istifadə edilməsinə diqqət yetirildiyini bildirib. Bu vasitələr arasında bu həftə elan edilən yeni sanksiya təşəbbüsü də var.
"Bu siyasət hazırda İrana qarşı hərbi əməliyyatlardan çəkinməyi, ABŞ-nin dəniz blokadası və Maliyyə Nazirliyinin yeni sanksiyaları vasitəsilə Tehrana iqtisadi təzyiqin artırılmasını, həmçinin Hörmüz boğazından mümkün qədər çox neftin daşınmasını və qlobal enerji bazarlarına çıxarılmasını nəzərdə tutur", - deyə dövlət katibi qeyd edib.
Gülşən Şərif




