• Bakı 26° C

    12.29 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Tatarıstan Rəisi Mehriban Əliyevanı təbrik etdi

SİYASƏT

26 Avqust 2026 | 18:45

Tatarıstan Rəisi Mehriban Əliyevanı təbrik etdi

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi, “Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun sədri Rüstəm Minnixanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Sizin genişmiqyaslı dövləti, ictimai və xeyriyyəçilik fəaliyyətiniz, Azərbaycan cəmiyyətinin həyatında əsas dəyərlərin qorunub saxlanılmasına göstərdiyiniz səmimi qayğı, həqiqətən, heyranlıq doğurur və hörmətə layiqdir. Həmçinin Sizin rəhbərliyinizlə beynəlxalq səviyyədə həyata keçirilən genişmiqyaslı humanitar layihələr, yaradıcı əməyinizə verilmiş nüfuzlu mükafatlar, həqiqətən, səxavətli və qızıl qəlbə malik, xeyirxah işlərə və insanlara təmənnasız yardıma hər zaman açıq olan qeyri-adi şəxsiyyətinizin miqyasını təsdiq edir.

Sizə nəcib amallarınızın bütün sahələrdə həyata keçirilməsinə yönəlmiş davamlı uğurlar, qarşıya qoyduğunuz məqsədlərə nail olmaq üçün tükənməz ilham və güc arzulayıram.

Rüstəm Minnixanov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi,

“Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun sədri”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR