• Bakı 26° C

    11.47 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

14 yaşlı basketbolçu qəflətən vəfat etdi

İDMAN

26 Avqust 2026 | 14:38

14 yaşlı basketbolçu qəflətən vəfat etdi

Rusiyada fəaliyyət göstərən "Ximki" basketbol komandasının baş məşqçisi Roman Semerninovun 14 yaşlı oğlu Aron həyatla vidalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı "Ximki" klubunun mətbuat xidməti yayıb.

"Böyük kədər və ürəyimizdəki inanılmaz ağrı ilə bildiririk ki, dünən "Ximki" BK-nın baş məşqçisi Roman Semerninovun oğlu Aron 14 yaşında qəflətən vəfat edib", - deyə rəsmi açıqlamada qeyd olunur.

TASS agentliyinin mənbəsinə istinadən verdiyi məlumata əsasən, 14 yaşlı idmançı Aron Semerninovun ölümünə məşq prosesi zamanı qəfil ürək dayanması səbəb olub.

Məlumat üçün bildirək ki, Aron Semerninov Krasnodarı təmsil edən SŞOR komandasının heyətində çıxış edirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026