Tramp administrasiyası Səudiyyə Ərəbistanı ilə nüvə enerjisi sahəsində əməkdaşlığa dair müqavilənin layihəsini Konqresə təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" Ağ Evin sözçüsünə istinadən məlumat yayıb.
Məlumata görə, sənəd ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığı nəzərdə tutur.
Müqavilənin təqdim edilməsi Vaşinqton və Ər-Riyad arasında nüvə enerjisi üzrə danışıqlarda mühüm mərhələ hesab olunur. Sazişin qüvvəyə minməsi üçün Konqresin mövqeyi də əhəmiyyət daşıyır.
Qeyd edək ki, ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə əməkdaşlığı məsələsi uzun müddətdir müzakirə olunur. Danışıqlarda nüvə texnologiyalarından istifadə, enerji layihələri və nüvə silahlarının yayılmasının qarşısının alınması ilə bağlı məsələlər əsas mövzulardan biri olaraq qalır.
Günəş Mərd




