• Bakı 29° C

    7.91 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

ABŞ-də Məxfi Xidmətin üç işçisinin fəaliyyəti araşdırılır

DÜNYA

26 Avqust 2026 | 10:19

ABŞ-də Məxfi Xidmətin üç işçisinin fəaliyyəti araşdırılır

ABŞ-nin Məxfi Xidmətinin üç əməkdaşı, o cümlədən qurumun kommunikasiya üzrə direktoru Entoni Qulyelmi daxili araşdırma başlanılması səbəbindən müvəqqəti olaraq işdən uzaqlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Həmin əməkdaşların xidməti avadanlıqlara və məxfi sənədlərə çıxışı dayandırılıb. Onların konkret olaraq hansı qayda pozuntularında şübhəli bilindikləri açıqlanmır.

Telekanal qeyd edir ki, bundan əvvəl Prezident Donald Trampın yeni təyyarəsi, həmçinin vitse-prezident Cey Di Vens və onun ailə üzvlərinin səfərlərinin təşkili barədə məlumatların sızması ilə əlaqədar ABŞ Məxfi Xidmətinin bir neçə agenti dindirilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026