• Bakı 26° C

    12.66 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

İncəsənət məktəbləri üçün 5 yeni istiqamət

MƏDƏNİYYƏT

26 Avqust 2026 | 16:10

İncəsənət məktəbləri üçün 5 yeni istiqamət

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) incəsənət məktəblərində tədrisi nəzərdə tutulan 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlayıb.

Bu barədə Bakıvaxtı.az-a MEMİM-dən məlumat verilib.

Tədris proqramları bədii keramika, geyim üzrə dizayn, rəqəmsal musiqi, 3D personaj animasiyası və fotoqrafiya ixtisaslarını əhatə edir. Proqramların əsas məqsədi müasir yaradıcı sənaye sahələrinə maraq göstərən və bu istiqamətlərdə potensiala malik yeniyetmələrin istedad və bacarıqlarının inkişafına şərait yaratmaq, onların yeni ixtisaslar üzrə təhsil imkanlarını genişləndirmək, gələcəyin yaradıcı peşələrinə hazırlığını dəstəkləməkdir.

Xatırladaq ki, MEMİM tərəfindən daha öncə məktəblərdə tədris olunan ixtisas və fənlər – fortepiano, violin, tar, kamança, qanun, qarmon, balaban, saksofon, xor, vokal, xor dirijorluğu sinifləri, eləcə də elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları hazırlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR