• Bakı 25° C

    12.29 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

“İkinci həyat” sərgisi – Laçın Şəhəri Gününün ilk tədbiri

MƏDƏNİYYƏT

26 Avqust 2026 | 17:46

“İkinci həyat” sərgisi – Laçın Şəhəri Gününün ilk tədbiri

26 avqust – Laçın Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərdə silsilə tədbirlər keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Laçın Şəhəri Günü çərçivəsində ilk tədbir olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Arts Council Azerbaijan” incəsənət platforması tərəfindən “İkinci həyat” adlı sərgi təşkil olunub.

Sərginin əsas konsepsiyası köhnə, zədələnmiş və istifadəyə yararsız xalçaların, xüsusilə Qarabağ xalçalarının rəngkarlıq vasitəsilə yeni sənət əsərlərinə çevrilməsindən ibarətdir.

Peşəkar rəssamların xalçalar üzərində yaratdığı əsərlərdə toxuculuq sənəti müasir bədii baxışla birləşdirilib. Sərgidə təqdim olunan sənət nümunələrində Qarabağ, folklor, musiqi, analıq və miqrasiya kimi müxtəlif mövzulara müraciət edilib.

Layihənin əsas məqsədləri milli mədəni irsin canlandırılması, Azərbaycan təsviri sənətinin təbliği və cəmiyyətdə ekoloji məlumatlılığın artırılmasıdır.

Sərgi həmçinin xalçaların təkrar istifadəsini təşviq etməklə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “Dayanıqlı şəhərlər və icmalar”, “Məsuliyyətli istehlak və istehsal” və “İqlim üzrə fəaliyyət” istiqamətlərinə töhfə verir.

Nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.


“İkinci həyat” sərgisi – Laçın Şəhəri Gününün ilk tədbiri“İkinci həyat” sərgisi – Laçın Şəhəri Gününün ilk tədbiri
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR