• Bakı 26° C

    11.47 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Qarın nahiyəsindəki yağlanma NƏYİN ƏLAMƏTİDİR?

CƏMİYYƏT

26 Avqust 2026 | 15:21

Qarın nahiyəsindəki yağlanma NƏYİN ƏLAMƏTİDİR?

“Piy sadəcə yağ deyil, orqanizmdə xroniki iltihabı tətikləyən orqandır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Həkim bildirib ki, piy toxuması yalnız yağın toplandığı sahə deyil, orqanizmdə mühüm bioloji proseslərdə iştirak edən aktiv toxumadır.

Onun sözlərinə görə, piy toxuması xroniki iltihabı tətikləyən maddələr ifraz edə, damarların zədələnməsinə, insulin müqavimətinin artmasına və nəticədə şəkərli diabet, infarkt və digər ürək-damar xəstəliklərinin riskinin yüksəlməsinə səbəb ola bilər.

E.Məmmədov xüsusilə qarın nahiyəsində piylənməyə diqqət yetirməyin vacibliyini vurğulayıb. O qeyd edib ki, bel çevrəsinin artması metabolik problemlərin göstəricilərindən biri ola bilər.

“Əgər beliniz, bel çevrəniz yağlanmağa başlayıbsa, bilin ki, siz metabolik problemlisiniz və piylə mübarizə aparmaq lazımdır”, - deyə həkim bildirib.

Qastroenteroloq əhali arasında piylənmənin qarşısının alınmasının sağlamlıq strategiyalarından birinə çevrilməsinin vacibliyini qeyd edib. Onun fikrincə, insanları daha çox fiziki aktivliyə və sağlam çəkiyə təşviq edən mexanizmlər tətbiq olunmalıdır.

E.Məmmədov həmçinin qaraciyər yağlanmasının mütəmadi olaraq yoxlanılmasının vacibliyini diqqətə çatdırıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026