• Bakı 19° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Suraxanıda 11 kq narkotik aşkarlanıb 

CƏMİYYƏT

25 Sentyabr 2026 | 12:12 | Müəllif: Əli Hüseynov

Suraxanıda 11 kq narkotik aşkarlanıb

Paytaxtın Suraxanı rayonunda 11 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən C.Qasımlı saxlanılıb.

    Ondan 11 kiloqram narkotik vasitə aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Sentyabr 2026