• Bakı 26° C

    12.29 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Şəhid övladı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul oldu

SİYASƏT

26 Avqust 2026 | 17:38

Şəhid övladı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul oldu

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xəyal Namazovun övladı Adəm Namazov Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub.

Bakıvaxtı.az xəbər verir ki, Adəm Namazov Şirvan şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alıb.

O, məktəb illərində təhsilə və hərbi xidmətə xüsusi maraq göstərib, gələcəkdə peşəkar hərbçi olmaq və atasının şərəfli yolunu davam etdirmək məqsədini qarşıya qoyub.

Qeyd edək ki, Xəyal Namazov 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR