• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Fotolar

HADİSƏ

26 Avqust 2026 | 17:54 | Müəllif: Əli Hüseynov

Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Fotolar

Xəbər verdiyimiz kimi, avqustun 22-nə keçən gecə Zaqatalanın Yeni Suvagil kəndi ərazisində Əfqan Mülkümov idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşın yol kənarındakı ağaca çırpılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dəhşətli qəzadan sonra baş vermiş yanğında maşında yanaraq ölən 28 yaşlı Əfqan yeni ailə həyatı qurubmuş.

O bu ilin fevral ayında sevdiyi xanımla evlənibmiş.

Hadisədən sonra Əfqanın xanımı təsirli paylaşımlar edib. O, qəza yerindən və Əfqanın məzarından görüntüləri sosial şəbəkə hesabında yerləşdirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026