Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 5 656-ya çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə KDR Milli İctimai Səhiyyə İnstitutu (INSP) məlumat yayıb.
İnstitutun gündəlik hesabatına əsasən, son 24 saat ərzində 72 yeni yoluxma, 18 ölüm və 30 sağalma halı qeydə alınıb.
Beləliklə, epidemiyanın başlanmasından bu yana virusdan ölənlərin ümumi sayı 2 715-ə yüksəlib.
Epidemiyanın ölkənin altı əyalətində yayılmaqda davam etdiyi bildirilir.
Günəş Mərd




