• Bakı 25° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

: "Sabah" - "Hapoel" oyununda üçüncü qol - YENİLƏNİR

İDMAN

25 Avqust 2026 | 22:15

: "Sabah" - "Hapoel" oyununda üçüncü qol - YENİLƏNİR

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, qonaqlar yenidən hesabda önə keçib - 2:1.

61-ci dəqiqədə Qay Mizrahi adını tabloya yazdırıb.

 

21:54

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hələlik hesab bərabərdir - 1:1.

Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.

Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.

 

21:37

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.

Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.

 

21:27

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

 

***20:50

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, matçda ilk qolu qonaqlar vurub.

10-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.

20:45

Bakıda "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR