• Bakı 8° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Neftçi" Avropa Kubokuna qələbə ilə başladı

İDMAN

24 Sentyabr 2026 | 00:44 | Müəllif: Subhan Mahmudov

"Neftçi" Avropa Kubokuna qələbə ilə başladı

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı təmsilçisi təsnifat mərhələsində Estoniyanın "Parnu" klubu ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında təşkil olunan görüş "Neftçi"nin 80:67 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu sentyabrın 30-da Estoniyada olacaq.

Qeyd edək ki, bu cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR