• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Zirə" öz meydanında "Sumqayıt"ı məğlub etdi

İDMAN

23 Oktyabr 2026 | 21:21 | Müəllif: Subhan Mahmudov

"Zirə" öz meydanında "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Premyer Liqasında IX turun ikinci oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, turun ikinci oyununda “Zirə” “Sumqayıt”ı qəbul edib. Görüş “Zirə”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində qolları Ruan Renato, Rikardo Martins və Davit Volkov vurublar. “Sumqayıt”ın heyətində isə Nihat Əhmədzadə və Keffel Resende fərqləniblər. Bu nəticə ilə “Zirə” çempionatda 15 xalla 4-cü pilləyə yüksəlib, “Sumqayıt” isə 8 xalla 8-ci pillədə qərarlaşıb.

Turun start oyununda “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 25-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026