• Bakı 25° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

Azərbaycan hərbçiləri üçün 4 aylıq ingilis dili kursu açıldı

CƏMİYYƏT

25 Avqust 2026 | 21:20

Azərbaycan hərbçiləri üçün 4 aylıq ingilis dili kursu açıldı

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun (Hİİ) Xarici Dil Mərkəzində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Dil İnstitutu (DLI) təlimatçılarının iştirakı ilə təşkil olunan ingilis dili kursunun açılış mərasimi keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 4 ay davam edəcək kurs müddətində ABŞ-ın Müdafiə Dil İnstitutunun təlimatçıları tərəfindən iştirakçıların xarici dil üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların dinləmə, oxu, yazı və danışıq qabiliyyətlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq məşğələlər keçiriləcək. Sonra kursun təşkili və tədris prosesi ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR