• Bakı 25° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

Bir İnci” rəsm sərgisinin açılışı oldu - FOTO

MƏDƏNİYYƏT

25 Avqust 2026 | 21:36

“Bir İnci” rəsm sərgisinin açılışı oldu - FOTO

Avqustun 25-də “Bir İnci” adlı rəsm sərgisinin açılışı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, rəssam Vasif Nəcəfzadənin təşkilatçılığı ilə keçirilən sərgidə müxtəlif sənətkarların yaradıcılıq nümunələri təqdim olunub.

Ekspozisiyada çiçəklər və müxtəlif kompozisiyaları əks etdirən 61 ahəng nümayiş etdirilir. Ümumilikdə 22 rəssamın 26 əsəri sənətsevərlərin diqqətinə çatdırılıb.

Açılış mərasimində çıxış edənlər əsərlərin tamaşaçılarda yaratdığı estetik təəssüratdan söz açıblar. Qeyd olunub ki, bu kimi sərgilər rəssamların yaradıcılıq imkanlarının nümayişi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə iştirak edənlər sərginin təşkilatçı və iştirakçılarına uğurlar arzulayıb, bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR