• Bakı 25° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

İranı Qərbi Azərbaycan vasitəsilə... - SEPAH

DÜNYA

25 Avqust 2026 | 22:19

İranı Qərbi Azərbaycan vasitəsilə... - SEPAH

ABŞ ordusu İrana qarşı savaşda əsas diqqəti Qərbi Azərbaycan və Kürdüstan vilayətlərinə yönəldib, İslam Respublikasını şimal-qərbdən parçalamaq istəyirdi.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Kərəmi deyib.

Briqada generalının sözlərinə görə, ABŞ ilə İsrail müharibədə xalq arasında ixtilaf və sızma yaradaraq şərtləri öz xeyrinə dəyişməyə çalışıb.

"Düşmən həmçinin etnik qruplar, şiə və sünni təriqətləri, kürd ilə türklər arasında ixtilaf yaradaraq sosial həmrəyliyi hədəf alıb", - M. Kərəmi bildirib.

O əlavə edib ki, ordu, SEPAH, "Bəsic", FARAJA (polis komandanlığı), sərhədçilər və təhlükəsizlik qüvvələri tam sayıqlıq göstəriblər: "Silahlı qüvvələr düşmənin sızmasına və quruda hərəkət etməsinə imkan verməyib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR