Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) ginekologiya şöbəsində baş verən yanğın nəticəsində ən azı 15 körpə ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə rəsmilər bu gün məlumat veriblər.
Pims xəstəxanası nümayəndələrinin məlumatına görə, hadisə baş verən zaman doğum şöbəsində 16 yenidoğulmuş olub, onlardan yalnız birini xilas etmək mümkün olub.
Xilasetmə xidmətlərinin məlumatına görə, yanğın federal paytaxtda yerləşən xəstəxananın uşaq palatasında kondisioner kompressorunun partlamasından sonra başlayıb.
Xilasetmə xidmətlərinin nümayəndələri yanğının söndürüldüyünü bildiriblər.




