Bloger Həcər Heydərinin içkili vəziyyətdə “Macallan Rasim” kimi tanınan şəxsə “bütün Azərbaycan qadınlarının şotunu verən” deyə müraciət etməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, görüntülərdə Həcər Heydərinin spirtli içkinin təsiri altında olduğu görünür. O, həmin şəxsə müraciəti zamanı Azərbaycan qadınlarını da əhatə edən bu ifadəni işlədib.
Məsələ isə təkcə bir blogerin içkili halda nə deməsi ilə yekunlaşmır. İfadədə “bütün Azərbaycan qadınları”nın adının çəkilməsi cəmiyyətdə haqlı olaraq suallar yaradıb. Bir şəxsi tərifləmək və ya onunla bağlı fikir bildirmək üçün bütöv Azərbaycan qadınlarını belə bir ifadənin içinə daxil etməyə nə ehtiyac var?
Əlbəttə, insanın içkili halda söylədiyi hər sözü onun düşüncəsinin dəyişməz ifadəsi kimi qəbul etmək doğru olmaz. Ancaq ictimaiyyət qarşısında tanınan şəxslər üçün məsuliyyət anlayışı məhz belə məqamlarda ortaya çıxır. Kamera qarşısında səsləndirilən sözün sabah minlərlə insan tərəfindən müzakirə ediləcəyini də nəzərə almaq lazımdır.
Ən maraqlısı isə budur ki, sosial şəbəkələrdə bəziləri bu ifadəni “zarafat” kimi təqdim etməyə çalışsa da, söhbət bütöv bir qadın toplumunun adından danışmaqdan gedir. Zarafatın da bir həddi, ictimai çıxışın da bir məsuliyyəti var.
Bir sözlə, içkili olmaq söylənilən sözlərin məsuliyyətini aradan qaldırmır. Xüsusilə də bu ifadə “bütün Azərbaycan qadınları” kimi böyük bir kəsimi əhatə edirsə...
Murad İsmayıl




