• Bakı 25° C

    7.27 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

Abbas Əraqçi Pakistan və Qətər rəsmiləri ilə müzakirə apardı

DÜNYA

25 Avqust 2026 | 23:03

Abbas Əraqçi Pakistan və Qətər rəsmiləri ilə müzakirə apardı

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani arasında telefon danışığı olub və tərəflər regiondakı son hadisələri nəzərdən keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə A. Əraqçi "Telegram" kanalında məlumat yayıb.

"Bölgədə gərginliyin artmasının qarşısını almaq üçün diplomatik imkanlardan istifadə edilməsinin və koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb", - məlumatda bildirilib.

Abbas Əraqçi Pakistanın Quru Qoşunlarının komandanı Asim Munirlə də telefonla danışıb: "Tərəflər regiondakı son hadisələri və qarşılıqlı maraq doğuran məsələləri nəzərdən keçirməklə yanaşı, bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün məsləhətləşmələrin, birgə səylərin davam etdirilməsinin zəruriliyini qabardıblar".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026