• Bakı 26° C

    11.47 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Əncir alarkən BUNLARA diqqət edin: Mütəxəssisdən VACİB XƏBƏRDARLIQ

CƏMİYYƏT

26 Avqust 2026 | 14:30

Əncir alarkən BUNLARA diqqət edin: Mütəxəssisdən VACİB XƏBƏRDARLIQ

Yay mövsümünün faydalı meyvələrindən biri də əncir hesab olunur. Bəs görəsən, əncir alarkən nələrə diqqət etmək lazımdır? 

Sağlam qidalanma mütəxəssisi Məhsəti HüseynovaBakıvaxtı.az-a açıqlamasında bildirib ki, əncir həm tərkibində liflərin çox olmasına görə, həm də tərkibində olan maqnezium, kalsium, kalium, mis, dəmir və digər bir çox minerallara faydalılıq xüsusiyyətini artırır. 

Onun sözlərinə görə, əncirin tərkibindəki təbii şəkərlər və karbohidratlar da enerji mənbəyi kimi hesab oluna bilər:

"Bununla yanaşı, əncirin tərkibində antioksidant maddələr çoxdur. Ona görə də əncirin müxtəlif xəstəliklərin müalicəsi zamanı istifadə olunması əvəzsiz qida hesab olunur. Əncrin qiymətinin aşağı və ya yuxarı olması sadəcə keyfiyyət göstəricisi deyil. Əncirin daşınması daha çətindir, həmçinin bir çox hallarda topdan satış və ya yerli insanların özlərinin əldə etdiyi bağlardan satıldığına görə qiymət müxtəlif ola bilər. Əncirin bazarda və bəzən yol kənarlarında satılması normaldır. Sadəcə satış yerinin gigiyena qaydalarına uyğun şəkildə olması, yığılan qabın təmiz olması, yığarkən insanların əl gigiyenasına diqqət etməsi çox önəmlidir. Bir çox hallarda ənciri yol kənarında alan insanlar onu yumadan istifadə edirlər ki, bu zaman çirkli meyvələrdirsə, xüsusilə çarpaz çirklənməyə məruz qalıbsa, müxtəlif problemlər yarana bilər".

Mütəxəssis bildirir ki, əncir alarkən çatlamamış əziyinin olmamasına diqqət etmək lazımdır.

"Əgər əncirin üzəri yapışqanlıdırsa, daha çox köpüklənmə, qıcqırma kimi alt hissəsində əlamətlər varsa, bu onun köhnə və istidə uzun müddət saxlanıldığının göstəricisidir. Kiflənmə, çürümə və ya rəngində qaralma və eyni zamanda xoşagəlməz qıcqırmış qoxusu varsa, həmin əncirləri almaq tövsiyə olunmur. Çünki həddindən artıq yumşalmış, sulanmış olan əncirlərin tərkibində mikroorqanizmlər çoxalır. Yaxşı olardı ki, əncir qapalı, təmiz, kölgəli şəraitdə saxlanılsın. Əgər satılan əncir yol kənarındadırsa, uzun müddət qalan meyvələri almaq o qədər də tövsiyə olunmur", - deyə müsahibimiz qeyd edib.

M. Hüseynova vurğulayıb ki, köhnə və xarab olmuş əncirin orqanizmə bir çox fəsadları ola bilər:

"Əncir kiflənəndə müxtəlif toksinlər yarada bilər, bu da zəhərlənməyə gətirib çıxarda bilər. Turşumuş, qıcqırmış əncirdə fermentasiya baş verir. Bu isə müxtəlif göbələk və bakteriyaların inkişafına şərait yarada bilər. Əgər əncir yumşaqdırsa, çatlar yoxdursa, xoşagələn qoxusu varsa, bu onun çox yetişdiyini göstərir ki, buna da diqqət etmək lazımdır".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026