• Bakı 27° C

    9.6 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Onların hamısı TƏLƏBƏ OLDU

CƏMİYYƏT

26 Avqust 2026 | 12:44

Onların hamısı TƏLƏBƏ OLDU

Mingəçevirdə iki lisey üzrə bir sinfin bütün məzunları ali məktəblərə qəbul olaraq tələbə adını qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Təmayüllü Liseyi ilə Texniki Humanitar Liseyin hər birində bir sinfin 16 məzunu olmaqla, ümumilikdə 32 şagird ali məktəblərə qəbul olunub.

Beləliklə, hər iki liseydə həmin siniflər üzrə məzunların 100 faizi tələbə adını qazanıb. Bu nəticə həm şagirdlərin, həm də onların müəllimlərinin və valideynlərinin böyük sevincinə səbəb olub.

Qeyd edək ki, 32 məzunun ali məktəblərə qəbul olunması Mingəçevirdə təhsilin keyfiyyəti və şagirdlərin ali təhsilə hazırlığı baxımından diqqətçəkən nəticələrdən biri kimi qiymətləndirilə bilər.

Lisey məzunlarının əldə etdiyi bu uğur onların qarşıdakı təhsil mərhələsində də uğurlu nəticələr göstərəcəklərinə ümid yaradır.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026