• Bakı 26° C

    11.47 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Köçəryanın işi üzrə BİR AİLƏ SAXLANILDI 

DÜNYA

26 Avqust 2026 | 13:40

Köçəryanın işi üzrə BİR AİLƏ SAXLANILDI

Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun böyük oğlu Sedrak Köçəryanla bağlı cinayət işi üzrə bir ailənin dörd üzvü həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı, Robert Köçəryanın kiçik oğlu Levon Köçəryan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həbs edilənlər ər-arvad və onların iki qızıdır. Ailə üzvlərindən yalnız Aramayis Voskanyan ev dustaqlığına buraxılıb, digər üç nəfər barəsində isə iki aylıq həbs qətimkan tədbiri seçilib.

Levon Köçəryan bildirib ki, iş 2018-ci ildə bir şəxsin verdiyi yalan ifadə əsasında başlanıb. O, eyni iş çərçivəsində bir neçə şirkətin direktorunun da araşdırmaya cəlb edildiyini qeyd edib.

Avqustun 26-da məhkəmə Sedrak Köçəryan barəsində də iki aylıq həbs qətimkan tədbiri seçib. Ona həyat yoldaşı və uşaqları istisna olmaqla, digər şəxslərlə görüşmək qadağan edilib.

Qeyd edək ki, Aramayis Voskanyan 1999-2009-cu illərdə hökumətə məxsus bağ evlərinin baxıcısı vəzifəsində çalışıb.

Xatırladaq ki, Robert Köçəryan və oğlu Sedrak Köçəryan avqustun 25-də səhər saatlarında evlərində aparılan axtarışlardan sonra saxlanılıblar. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda çirkli pulların yuyulması, rüşvət alma və rüşvətxorluğa kömək etməkdə ittiham olunurlar.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026