• Bakı 26° C

    11.47 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Arıqlamaq istəyənlərə PİY XƏBƏRDARLIĞI 

CƏMİYYƏT

26 Avqust 2026 | 15:28

Arıqlamaq istəyənlərə PİY XƏBƏRDARLIĞI

“Tamamilə quru bədən sağlamlıq göstəricisi deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Həkim bildirib ki, piylənmə zamanı piy toxumasının xüsusiyyətləri və bədəndəki piy hüceyrələri mühüm rol oynayır. Onun sözlərinə görə, xüsusilə qarın nahiyəsində toplanan piy metabolik sağlamlığa təsir göstərə bilər.

E.Məmmədov qarın nahiyəsindəki piyin mexaniki yolla götürülməsinin piylənmə problemini tam həll etmədiyini vurğulayıb. O qeyd edib ki, əsas məqsəd metabolik aktivliyi artırmaq və bədəndə piylənməyə səbəb olan amilləri aradan qaldırmaqdır.

Qastroenteroloq sağlam piy toxumasının orqanizm üçün də vacib olduğunu bildirib. Onun sözlərinə görə, piy enerji ehtiyatı olmaqla yanaşı, orqanizmdə müxtəlif bioloji funksiyalarda iştirak edir.

Həkim sosial şəbəkələrdə yayılan həddindən artıq arıq və “quru” bədən görüntülərinin sağlamlıq baxımından nümunə götürülməməsini tövsiyə edib.

“Tamamilə quru bədən sağlamlıq göstəricisi deyil. Buna getməyin. Bu, sağlamlığa xeyirdən çox zərər verə bilər”, – deyə E.Məmmədov qeyd edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026