Şahzadə Harri həyat yoldaşı Meqan Markl və övladları ilə Böyük Britaniyaya qayıdıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “The Telegraph” yayıb.
Cütlük Londonun yaxınlığında şəxsi iqamətgahda yaşayacaq.
Qeyd edək ki, şahzadə Harri və amerikalı aktrisa Meqan Markl 2018-ci ildə ailə qurub. Onlar kral ailəsi ilə fikir ayrılıqlarından sonra ABŞ-yə köçüb və 6 il Kaliforniyada yaşayıb. Onların 7 yaşlı Arçi adlı oğlu və 5 yaşlı Lilibet adlı qızı var.




