Alman avtomobil nəhəngi "Volkswagen" və onun törəmə şirkəti "Audi" sükan mexanizmindəki nasazlıq səbəbindən dünya üzrə 2,1 milyondan çox avtomobili geri çağırır.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ÜmumAlman Avtomobil Klubu (ADAC) məlumat verib.
Almaniyada təxminən 960 000 avtomobil geri çağırılıb ki, bunlardan 900 000-i "Volkswagen", təxminən 60 000-i isə "Audi"dir.
Geri çağırılma əsasən 24 sentyabr 2013-cü il və 1 iyul 2024-cü il tarixləri arasında istehsal olunmuş "VW Golf", "Golf Variant", "Tiguan", "Touran" və "Caddy" modellərinə, 31 oktyabr 2017-ci il və 23 may 2024-cü il tarixləri arasında istehsal olunmuş "Audi Q3"ə aiddir.
Gülşən Şərif
















