“Genetika vacibdir, amma insanın uzunömürlülüyünü təkbaşına müəyyən etmir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Həkim genetikanın insan sağlamlığında mühüm rol oynadığını, lakin uzunömürlülüyün yalnız genetikadan asılı olmadığını bildirib.
“Genetikanın insan sağlamlığı üçün əvəzsiz funksiyası var. Məsələn, elə insan var ki, demək olar, heç xəstələnmir. Elə insan da var ki, müəyyən genetik zədələnmələr səbəbindən müxtəlif xəstəliklərə daha çox meyllidir.
Amma genetika hər şey demək deyil. İnsan sağlamlığının və uzunömürlülüyünün təxminən 20-25 faizi genetik amillərdən, qalan böyük hissəsi isə həyat tərzindən asılıdır. Ona görə də ‘məndə hər şey genetikdir’ deyib dayanmaq olmaz. Bir çox hallarda sağlamlığımıza öz davranışlarımız və həyat tərzimiz təsir edir”.
Zeynəb Rzayeva




