• Bakı 26° C

    11.47 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Həkim: "Gündə 10 min addım atmaq MİFDİR"

CƏMİYYƏT

26 Avqust 2026 | 15:24

Həkim: "Gündə 10 min addım atmaq MİFDİR"

“Gənc yaşda atdığınız hər addım 60-70 yaşınızdakı komfortunuzu təmin edir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Həkim gündə mütləq 10 min addım atılmasının vacib olması ilə bağlı fikrin doğru olmadığını bildirib. Onun sözlərinə görə, sağlamlıq baxımından fayda daha aşağı addım sayından başlayır.

“Deyirlər ki, həmişə 10 min addım atılmalıdır. Bu, yalandır. Minimum start 6 mindir və bu fakt var”, - deyə E.Məmmədov vurğulayıb.

Qastroenteroloq sağlam və uzunömürlü həyatın böyük ölçüdə insanın öz seçimlərindən asılı olduğunu qeyd edib. O, siqaret, alkoqol, qeyri-sağlam qidalanma kimi vərdişlərin “hər şey genetikadır” düşüncəsi ilə əsaslandırılmasının doğru olmadığını bildirib.

“İnsanın qocalmasının 70-75 faizi öz əlindədir. Gənc yaşlarınızda atdığınız hər addım 60-70 yaşınızdakı komfortunuzu təmin edir”, - deyə həkim bildirib.

E.Məmmədov insanların gələcək sağlamlığının bu gündən verdikləri qərarlardan asılı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, sağlam qidalanma və fiziki aktivlik yaşlılıq dövründə həyat keyfiyyətinin qorunmasında mühüm rol oynayır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026