• Bakı 26° C

    12.66 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Özbəkistan PFL “Sabah”ı təbrik edib

İDMAN

26 Avqust 2026 | 15:50

Özbəkistan PFL “Sabah”ı təbrik edib

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan Peşəkar Futbol Liqasının “X” səhifəsinə bildirilib.

    “Özbəkistan Peşəkar Futbol Liqası “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edir! Qardaş Azərbaycan klubuna Avropanın ən nüfuzlu klub turnirində uğurlar, möhtəşəm qələbələr və yeni nailiyyətlər arzulayırıq!”, - təbrikdə qeyd olunub.

    Qeyd edək ki, ötən gün Azərbaycan çempionu “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşıb. "Sabah" İsrail təmsilçisini məğlub edərək adını Çempionlar Liqasının liqa mərhələsinə yazdırıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR