• Bakı 26° C

    12.29 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

DÜNYA

26 Avqust 2026 | 18:40

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin bu həftə Rusiyaya səfər qismən rutin xarakter daşıyır.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "The Glenn Beck Program" onlayn proqramının efirində bildirib.

"Sizi məyus etdiyim üçün təəssüflənirəm, lakin o, qismən rutin bir səfər çərçivəsində oradadır", - o bildirib.

Tramp Qərb mediasında Retkliffin səfərinin məqsədləri ilə bağlı ortaya çıxan fərziyyələri şərh etmək xahişinə cavab verib. Xüsusilə səfərin Rusiya və Qərb arasında gərginliyin artması riski və ya Moskvada İrana qarşı ABŞ sanksiyaları mövzusunun müzakirəsi ilə bağlı ola biləcəyi barədə versiyalar səsləndirilirdi.

"Səsləndirdiyiniz versiyaların heç birinin bura aidiyyatı yoxdur", - Tramp bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR