• Bakı 25° C

    12.58 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Alonso bu futbolçuya görə "Real"dan ayrılıb...

İDMAN

26 Avqust 2026 | 20:10

Alonso bu futbolçuya görə "Real"dan ayrılıb...

"Liverpul"un sabiq müdafiəçisi və hazırda televiziya eksperti kimi fəaliyyət göstərən Ceymi Karraher Xabi Alonsonun "Real Madrid"də baş məşqçi postundan ayrılması ilə bağlı iddia səsləndirib.

Bakıvaxtı.az xəbər verir ki, Karraherin sözlərinə görə, ispaniyalı mütəxəssisin klubdan getməsində Vinisius Juniorla bağlı yaranan vəziyyət əsas rol oynayıb.

"Düzünü desəm, Alonso işini Vinisiusla bağlı vəziyyətə görə itirdi. Baş məşqçi baş verənlərdən narazı idi. Rəhbərliklə söhbətdən sonra klub futbolçunun tərəfini tutdu. Nəticədə Xabi istefaya göndərildi, onun yerini isə Arbeloa tutdu", - deyə Karraher bildirib.

Hazırda Xabi Alonso "Çelsi"yə rəhbərlik edir. 44 yaşlı mütəxəssis iyul ayında London klubunun baş məşqçisi təyin olunub və onun müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Real Madrid" iyun ayında Alvaro Arbeloa ilə yollarını ayırıb. Arbeloa iyulun 8-dən İngiltərənin "Fulhem" klubunun baş məşqçisidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR