• Bakı 12° C

    1.05 m/s

Məşhur partiya sədri lüks avtomobili ilə qəzaya düşdü

DÜNYA

26 Avqust 2026 | 21:11 | Müəllif: Subhan Mahmudov

Məşhur partiya sədri lüks avtomobili ilə qəzaya düşdü

Rusiyanın paytaxtı Moskvanın mərkəzində LDPR (Rusiya Liberal Demokrat Partiyası) lideri Leonid Slutskinin lüks “Aurus” avtomobili motosikletlə toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Novıy Arbatla Novinski bulvarının kəsişməsində baş verib. Qəza ilə bağlı ilkin məlumatlar sonradan yenilənib.

İlk xəbərlərdə motosikleti qadının idarə etdiyi və onun qəza nəticəsində öldüyü bildirilirdi. Lakin daha sonra ölüm xəbəri təkzib olunub.

Slutskinin açıqlamasına görə, motosikleti gənc oğlan idarə edib və o, yüksək sürətlə “Aurus”a çırpılıb. Motosikletçi nəqliyyat vasitəsində tək olub.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib. Motosikletçiyə tibbi yardım göstərilib, lakin o, xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Slutskinin köməkçisi Vladimir Dmitriyev qəza nəticəsində ölən və ağır xəsarət alan olmadığını bildirib. O, həmçinin LDPR liderinin qəza zamanı avtomobildə olduğunu və xəsarət almadığını açıqlayıb./Musavat.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026