ABŞ regionda vəziyyətin daha da gərginləşməsi ehtimalı ilə əlaqədar Yaxın Şərq ölkələrindəki bəzi diplomatik missiyalarının əməkdaşlarının və onların ailə üzvlərinin geri qaytarılmasını təcili şəkildə təşkil edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN telekanalı vəziyyətlə tanış olan bir neçə mənbəyə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ dövlət katibi Marko Rubionun adına oktyabrın 23-də hazırlanmış memorandumda İranın imkanlarının əhəmiyyətli dərəcədə gücləndiyinin Amerika kəşfiyyatı tərəfindən qeydə alındığı bildirilir. Sənəddə Tehranın mümkün hücumlarına hazırlığın həm Yaxın Şərqdə, həm də bir sıra digər ölkələrdə “inkişaf etmiş mərhələyə çatdığı” iddia olunur.
















