ABŞ-nin əsas vəzifəsi bütün mümkün vasitələrlə İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Bakıvaxtı.az "Fox News"a istinadən xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi ilə birgə mətbuat konfransında bildirib.
"Bizim əsas vəzifəmiz İranın nüvə silahları hazırlamasına yol verməməkdir və biz bu problemi danışıqlar və yoxlamaların aparılması yolu ilə həll etmək istəyirik. Lakin bu mümkün olmasa, biz, təəssüf ki, onların (İranın - red.) nüvə obyektlərini və sənayesini məhv etmək üçün hərbi yola əl atmaq məcburiyyətində qalacağıq", - Rayt qeyd edib.
Daha əvvəl İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib ki, BAEA müvafiq normativ reqlament olmadan İranda hücuma məruz qalmış nüvə obyektlərində yoxlama apara bilməz. O həmçinin vurğulayıb ki, agentlik ABŞ-nin siyasi təzyiqi altında fəaliyyət göstərməməlidir.




