• Bakı 20° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Məşhur futbolçu ikiillik həbs edilə bilər

İDMAN

26 Avqust 2026 | 23:11 | Müəllif: Subhan Mahmudov

Məşhur futbolçu ikiillik həbs edilə bilər

İngiltərə millisinin keçmiş hücumçusu Raheem Sterlinq maşını təhlükəli idarə etdiyi üçün iki ilə qədər azadlıqdan məhrum edilə bilər.

Bakıvaxtı.az  “The Sun” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun sentyabrın 15-də Beyzinqstok məhkəməsi qarşısına çıxacağı gözlənilir.

Hempşir qraflığının polis nümayəndəsinin verdiyi məlumata görə, Sterlinq avtomagistralda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məhkəmədə cavab verəcək.

Qeyd edək ki, Sterlinqin son klubu Niderlandın “Feyenoord” komandası olub. O, karyerası ərzində “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal”ın şərəfini qoruyub, “Siti”nin heyətində 4 dəfə Premyer Liqa çempionu olub. İngiltərə millisinin heyətində keçirdiyi 82 oyunda 20 qola imza atan təcrübəli hücumçu Avro-2020-nin gümüş mükafatçısıdır./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026