Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətindəki İzmail limanına zərbə endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi yüklərin boşaldılması üçün istifadə olunan liman infrastrukturu obyektləri və yanacaq saxlama çənləri hədəf alınıb. Bundan əlavə, limana hərbi təchizat daşıyan quru yük gəmisi də vurulub.




