• Bakı 25° C

    12.22 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Luis Enrike ulduz futbolçunu cəzalandırıb

İDMAN

26 Avqust 2026 | 23:52

Luis Enrike ulduz futbolçunu cəzalandırıb

Fransa nəhəngi PSJ-də şok məlumat yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, baş məşqçi Luis Enrike ilə futbolçu Usman Dembele arasında gərginliyin artdığı bildirilir. Futbolçunun məşqdən məcburi şəkildə kənarlaşdırıldığı bir həftəlik fasilə planlaşdırılmış istirahət deyil, intizam tədbiri kimi qiymətləndirilir.

Dembelenin məşqlərdən bir həftə uzaq qalması rəhbərlik tərəfindən tətbiq edilən intizam cəzası kimi qəbul edilir.

Usman "Aston Villa" ilə matçda mütləq əsas heyətdə meydana çıxmaq istəyirdi və hətta hazır olmaq üçün məzuniyyəti zamanı da məşq etmişdi. Bu durum baş məşqçi Luis Enrike ilə onun münasibətlərində ilk ciddi böhrana səbəb ola bilər.

Hər nə qədər oyunçu ilə klub arasında yeni müqavilə ilə bağlı danışıqların davam etdiyi bildirilsə də, yayda gözlənilməz ayrılıq ehtimalı istisna edilmir. (Offsideplus.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026