• Bakı 25° C

    15.05 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Belçika millisi Bakıda növbəti qələbəsini qazandı

İDMAN

27 Avqust 2026 | 19:00

Belçika millisi Bakıda növbəti qələbəsini qazandı

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında Belçika və Niderland komandaları üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma Belçikanın qələbəsi ilə yekunlaşıb - 3:2.

Qrupda lider olan komanda bu qalibiyyət sayəsində xallarının sayını 13-ə çatdırıb. "Narıncılar" 9 xalla ikinci sıradadır.

Günün ikinci görüşündə, saat 18:30-da Portuqaliya millisi Rumıniya ilə qarşılaşacaq.

Qeyd edək ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda təşkil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR