Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi Ziyafət Tağıyeva vəzifəsindən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Qeyd edək ki, Hövsan Sağlamlıq Mərkəzi 2024-cü ilin noyabr ayında istifadəyə verilib və elə həmin vaxtdan etibarən Ziyafət Tağıyeva adıçəkilən tibb müəssisəsinin baş həkimi vəzifəsində çalışırdı.




