• Bakı 26° C

    15.25 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Bolqarıstan Belçika və Hollandiyadan 7 mina ovçu gəmisi alacaq

DÜNYA

27 Avqust 2026 | 15:55

Bolqarıstan Belçika və Hollandiyadan 7 mina ovçu gəmisi alacaq

Bolqarıstan NATO alyansının Qara dənizdə dəniz minalarını təmizləmək və gəmiçilik yollarını təhlükəsiz saxlamaq imkanlarını artırmaq üçün Belçika və Hollandiyadan 7 mina ovçu gəmisinin alınmasını təsdiqləyib.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı Bolqarıstan parlamenti qərar qəbul edib.

Hollandiya ilə bağlanan satış müqaviləsinə əsasən, Bolqarıstan mina və minaya bənzər obyektləri axtarmaq və məhv etmək üçün təchiz olunmuş üç gəmi alacaq. Belçika, Hollandiya və Bolqarıstan arasında imzalanan köçürmə müqaviləsi isə daha 4 gəmini əhatə edir.

Müdafiə naziri Dimitar Stoyanov bildirib ki, bu mina ovçuları xüsusilə vacibdir. Yeni qərar Bolqarıstan Türkiyə və Rumıniyadan olan həmkarlarla birlikdə yaradılmış mina əleyhinə tədbirlər qrupunun bir hissəsidir və üç ölkənin dəniz ərazilərini təmizləmək üçün əla koordinasiyada çalışır.

Qeyd olunub ki, satınalmanı əhatə edən anlaşma memorandumuna heyət təlimi, ehtiyat hissələri və əlavə avadanlıqlar da daxildir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026