• Bakı 24° C

    14.47 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

"Qarabağ" Dortmund "Borussiya"sının yetirməsi Reda Xadranı transfer edib

İDMAN

27 Avqust 2026 | 22:33

"Qarabağ" Dortmund "Borussiya"sının yetirməsi Reda Xadranı transfer edib

Transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Almaniyalı vinger Reda Xadranın transferi ilə bağlı Fransanın "Reyms" klubu ilə danışıqlar uğurla yekunlaşıb. Futbolçu ilə "2+1" illik müqavilə imzalanıb.

O, 10 nömrəli formanı geyinəcək. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi Dortmund "Borussiya"sının yetirməsidir.

2021-ci ildə bu klubdan "Brayton"a keçən Reda "Birminqem", "Seffild Yunayted" və "Blekbern"də də forma geyinib. "Reyms"ə 2023-cü ildə keçən futbolçu "Havr"da da çıxış edib. Xadra Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR