• Bakı 18° C

    2.36 m/s

Yevlaxda qumla dolu yük maşını aşıb

HADİSƏ

27 Avqust 2026 | 12:07 | Müəllif: Əli Hüseynov

Yevlaxda qumla dolu yük maşını aşıb

Yevlaxda qumla dolu yük maşını aşıb, sürücü xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

Qumla dolu yük maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində yük maşınında olan qum yola və ətraf əraziyə səpələnib.

Aşan yük maşınının ön hissəsi yolun kənarına, yük hissəsi isə yolun hərəkət hissəsinə düşüb.

Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Elcan Musalı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026