• Bakı 26° C

    14.98 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırıb

SİYASƏT

27 Avqust 2026 | 15:38

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırıb

Prezident İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Sərəncama əsasən UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Sabah” futbol klubuna 5 milyon manat ayrılıb.

    Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Avqust 2026