• Bakı 26° C

    12.74 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Ramil Səfərovla bağlı VACİB XƏBƏR 

SİYASƏT

28 Avqust 2026 | 11:28

Ramil Səfərovla bağlı VACİB XƏBƏR

Bakıvaxtı.az Azərbaycanın ən çox tanınan hərbçilərindən olan Ramil Səfərovun polkovnik hərbi rütbəsində yeni fotosunu əldə edib.  

Qeyd edək ki, Ramil Səfərov hazırda Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda çalışır.

R.Səfərov burada tədris fəaliyyəti ilə məşğul olur və gələcək zabitlərin hazırlanması prosesində iştirak edir.

O, eyni zamanda Milli Müdafiə Universitetinin elmi nəşri olan “Milli Təhlükəsizlik və Hərbi Elmlər” jurnalının məsul katibi vəzifəsini icra edir. Müdafiə Nazirliyinin rəsmi saytında yayımlanan jurnalın 2025-ci il 2-ci sayında da redaksiya heyətində “Məsul katib – polkovnik Ramil Səfərov” qeyd olunub.

Məlumat üçün bildirək ki, jurnal Milli Müdafiə Universitetinin təsisçiliyi ilə nəşr olunur. Nəşr milli təhlükəsizlik və hərbi elmlər sahəsində elmi tədqiqatların nəticələrinin dərc edildiyi elmi-praktik jurnaldır və Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər siyahısına daxil edilib.

Ramil Səfərov kimdir?

Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub.

O, 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1992-ci ildən etibarən hərbi təhsilini Türkiyədə davam etdirib, Maltepe Hərbi Liseyini bitirdikdən sonra Quru Qoşunları məktəbində təhsil alıb.

2001-2002-ci illərdə Gədəbəydə yerləşən hərbi hissələrdən birində taqım komandiri kimi xidmət edib. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidmətini davam etdirib.

2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən ingilis dili kurslarına ezam olunub. Həmin dövrdə baş verən hadisə ilə bağlı Macarıstanda həbs edilərək ömürlük azadlıqdan məhrum edilib.

Ramil Səfərov 31 avqust 2012-ci ildə Azərbaycana ekstradisiya olunub və həmin gün Azərbaycan Prezidenti tərəfindən əfv edilib. Növbəti gün ona mayor hərbi rütbəsi təqdim olunub.

2017-ci ildə R.Səfərova polkovnik-leytenant hərbi rütbəsi verilib. Hazırda isə o, Azərbaycan Ordusunda polkovnik hərbi rütbəsi daşıyır.

Elcan Musalı


Ramil Səfərovla bağlı VACİB XƏBƏR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026