• Bakı 27° C

    12.81 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

“Məni ailəmlə hədələyib casus etdilər...”

DÜNYA

28 Avqust 2026 | 10:46

“Məni ailəmlə hədələyib casus etdilər...”

Rusiyanın müxalif “Riot” punk qrupunun keçmiş üzvü Rita Flores Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən hədə-qorxu və təzyiqlə casusluğa məcbur edildiyini açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Flores 2023-cü ildə evində aparılan axtarışdan sonra FSB-nin onu ailəsini öldürməklə hədələdiyini və əməkdaşlığa məcbur etdiyini bildirib.

Onun sözlərinə görə, xüsusi xidmət orqanları ona “Harli” kod adını verərək rusiyalı sənətçilər və siyasi müxaliflər haqqında məlumat toplamağı tapşırıblar. Flores bu fəaliyyətinə görə hər ay müəyyən məbləğdə ödəniş aldığını da etiraf edib.

Flores bildirib ki, kəşfiyyat orqanları ondan keçmiş sevgilisi, “Riot” qrupunun digər üzvü Pyotr Verzilovu Serbiyadakı kafeyə cəlb etməyi və onun qətlinə kömək etməyi tələb ediblər. Bu tapşırıq qarşılığında ona 3 milyon rubl (təxminən 36 min dollar) təklif olunub. Planı icra etməkdən imtina edən sənətçi bu ayın əvvəlində hüquq müdafiəçilərinin yardımı ilə Rusiyanı tərk edə bilib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026