Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Əmirarx kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan şəxs ölüb.
Hadisə yerinə Dövlət Yol Polisi (DYP), Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisənin digər təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Murad İsmayıl




