• Bakı 27° C

    12.81 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Sabiq deputatdan Qurban Qurbanova SƏRT SÖZLƏR: “10 minlərlə azarkeşin…”

İDMAN

28 Avqust 2026 | 09:15

Sabiq deputatdan Qurban Qurbanova SƏRT SÖZLƏR: “10 minlərlə azarkeşin…”

Sabiq millət vəkili Etibar Əliyev “Qarabağ“ın UEFA Konfrans Liqasında mübarizəni dayandırmasına görə, baş məşqçi Qurban Qurbanovu tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, sabiq parlamentari qeyd edib:

“Ondan məşqçi olmaz. O, böyük əmlaklar sahibi, gözə soxulan maşın nömrələri almaq və böyük məbləğdə əməkhaqqı ilə  özünü və nəslini tam təmin etməklə rahatlıq içində yaşayır.
Futbol azarkeşi kimi bugünkü oyundan utandım. Bu utacnverici məğlubiyyətdən sonra Qurban istefa verməlidir. Mənim və 10 minlərlə azarkeşin həyacanını kim tarazlaşdıracaq? Qurban yaxşı aktyor ola bilərdi. Heyif ki, sənətini səhv salıb”.

Xatırladaq ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubuna iki oyunun nəticəsinə (1:0, 1:4) əsasən uduzaraq mübarizəni dayandırıb.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026